<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/platform.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d19164733\x26blogName\x3d.\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttps://kerametler-imammehdi.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://kerametler-imammehdi.blogspot.com/\x26vt\x3d63477990377893794', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

.

Saturday, January 07, 2006

Kəramətlər

" Zəhərlənərək ölmüş cavanın şəfası "

Bir cavan şəxs belə deyir: Zəhərləndikdən sonra Şiraz xəstəxanasında neçə gün bihuş halda yatırdım.Həkimlər mənim müalicə olmağımdan ümüdlərini kəsmişdilər. Qardaşım həmin vaxt çarpayımın yanında idi. O deyir ki: Ürəyin işləməsini göstərən aparat ekranda saf üfüqi xəttin uzunluğunu göstərməyə başladı. Qardaşım ağlayaraq özünü mənim üstümə atdı. Həkimlər onu otaqdan çölə çıxartdılar. Bədənimdə olan mualicə ləvazimatlarını götürdülər. Mənim cənazəmi qohumlarıma verməyə hazırlaşırdılar.
Birdən yaşamaq hissi məndə canlandı, ürəyim işləməyə başladı. Qanımın tə`ziqi üçdən ona çatdı. Həkimlər tə`cili məni Sə`di adına xəstəxanaya, qanımı təmizləməyə apardılar.Həkimlərin nəzərinə və əqidəsinə görə, əgər dializ (qanın dəyişməsi) də olsam hələ sağ qalmağım mə`lum deyildi. Amma mən sağ qaldım.
Bibim mö`minə və təqvalı bir qadındır. Həmişə mə`sum Əimmə (ə) –ları yuxuda görür. Yetmiş doqquz yaşı var. Elə ki, mənim halımın pis olmasını və ölüm xəbərimi ona çatdırmışdılar, o gecə yuxusunda imam Zaman (ə)-ı gördü. Həzrət (ə) bibimə " Qorxmayın və narahat olmayın! Biz sizin cavanın şəfasını Allahdan istəmişik.Allah sizin cavana şəfa verdi."
Bibim yuxudan oyanarkən otaqda Həzrət Mehdi (ə)- in gözəl ətrini hiss edir. Mənim şəfa tapmağımı qohumlarıma deyir. Əvvəlcə hamı onu məsxərə edərək ələ salırlar. Sözünə inanmirlar. Bu mö`cüzədən sonra o Həzrət (ə)-a təşəkkür etmək üçün müqəddəs Cəmkəran məscidinə yola düşdüm.

5. " Övlad sahibi olmaq üçün dua "

Bir nəfər deyir: On altı il idi ki, evlənmişdim. Amma övladım olmurdu. Bütün həkimlərə müraciət elədim, dəva-dərman da olundu. Amma nəticə vermədi. Həkimlərin nəzərinə əsasən ər-arvad, hər ikimiz sağlamıq.Uşağın olmaması səbəbini isə bilmirdilər.
Xülasə, hər yerdən ümidsiz oldum. Həyatım da puç olurdu. Bir gün dostlarımdan biri mənə dedi: Həkimlərə az müraciət elə. İmam Zaman (ə)-ın yanına get və istəyini o Həzrət (ə)-dan tələb elə!
Cəmkəran məscidinə yollandım. Ürəyi sınıq halda namaz qıldıqdan sonra ağaya mütəvəssül oldum. Az keçmədi ki, o Həzrət (ə) bizə feyz və mərhəmət vasitəsi oldu. Allah bir oğul övladı mənə lütf elədi. Şükür Allaha sağlam və salamatdır. Çox sevinirəm ki, həyatım dağılıb puç olmadı .
6. " Yaralı və beyin əlilinin şəfası "

Beş yaşlı uşağın atası deyir: Avtomobil qəzası nəticəsində oğlum başdan-ayağa ağır yaralanmışdı. Üç il Firuzgər adlı xəstəxanada və Tehranın Həzrət xanım Fatimə (s) adına olan xəstəxanasında müalicə olunurdu. Baş nahiyyəsinin müalicəsindən sonra həkimlər öz nəzərlərini mənə belə söylədilər: 60% naqislik və çatışmamazlıq vardır. 30 % zədələrdə yaranan mikrob xəstəliyi ehtimal olunur. Bu xəstəlik başın zərər çəkmiş yerlərində əmələ gəlmişdir. 10% yol getməkdə çətinliyi vardır. 20% övladımın ağlı aradan getmişdir. Daha həkimlərə müraciət etməyin. Çünki faydası yoxdur.
Mən də Allaha və pak olan Əimmə (ə)-lara mütəvəssil oldum. Oğlumun halı yaxşı olan vaxtlarda hər üçüncü və cumə günləri birlikdə ziyarətə gəlirdik. Onu dördüncü gün sakitlik olan vaxtda müqəddəs Cəmkəran məscidinə ziyarətə gətirdim. Bəlkə Allahın və imam Zaman (ə) ağanın lütfü və diqqəti oğlumun da bu xəstəliyinə şəfa verə.
Şam yeməyi yemədən məscidə, minbərin yan tərəfinə əyləşməyə getdik. Mən namaz qılmaqla məşğul idim. Saat 10.00-da bir nəfər Şəhristanlı bizə yemək gətirib yanımıza qoydu və getdi. 10.40-da məscidə bir qrup hey`ət gəldi. Onlar oğlumun başı üzərində dua oxumağa başladılar. Təqribən 15 dəqiqə dua oxudular. Bir də gördüm ki, oğlum Mehdi yerindən atılıb məni qucaqladı və dedi: Ata, mən sağaldım.
Orada olan cəmiyyət mənə - Şükür olsun Allaha övladınız sağaldı və şəfa tapdı sözləri ilə göz aydınlığı verdilər. Sonra, məndən onları dua eləməklərini istədilər.

7. " Müharibə əlilinin şəfası "

Bir cavan deyir: Səkkiz il ön cəbhədə Hacı İmranın dəstəsində qulluq edərkən, İraqlıların hava hücumuna mə`ruz qalmışdım. Bütün bədənim aldığım zəhərli güllə yaralarından iflic halına düşmüşdü. Bu müddət ərzində hərəkət etməyə qüdrətim yox idi. Gecə, anam evimə gəldi. Acı dil yarası ilə qəlbimi sındırdı. Mən imam Zaman (ə)-a mütəvəssil oldum və dedim: " Ya, imam Zaman (ə) mənim ya ölümümü tez yetir, ya da Allahdan mənə şəfa istə! "
Yuxuya getdim. Yuxuda ağam imam Zaman (ə)-ı gördüm.Buyurdu :" Mən öz əlimlə məscid tikmişəm gəl orada mütəvəssil ol "
Yuxu aləmində Cəmkəran məscidi fikrimdə idi. Sübh yuxudan oyanan kimi, fikrimdən döndüm. Dedim: Eybi yoxdu, gələn il Cəmkəran məscidinə gedərəm. Gecə saat 12.00-da evə qayidarkən gördüm ki, evim içindəki ləvazimatlarla birgə hamısı yanıb. Çox pis oldum, qəlbim sındı. Sübh dostlarımın birindən bir az borc pul götürüb həmin gün Cəmkəran məscidinə tərəf yola düşdüm. Otuz doqquz gün Cəmkəran məscidində qaldım. Xidmətçi işlədim ta qırxıncı gecə, üçüncü gün, Ramazan ayının on doqquzu oldu. Gecə xidmət elədiyim vaxt hiss elədim ki, çox yorğunam və yuxum gəlir. Ayaqqabı yığılan yerə girib, orada yatdım. Saat bir tamamda, gecə yarısından sonra yuxuda gördüm ki, Cəmkəran məscidinin həyətində zibilləri təmizləməklə məşğulam. Bir ağa yaxınlaşdı və buyurdu: "Ağa seyyid, təmizliklə məşğulsan? Gəl gedək məscidin içinə bir az birlikdə söhbət eləyək."
Ağa ilə birlikdə məscidə getdik. Müşahidə elədim ki, dörd nəfər başqaları da orada idilər. Onların yanında oturdum. Ağa buyurdu:"Ağa seyyid, elə bil xəstəliyin var? "Bəli ağa, cəbhədə yaralanmışam. Ağa mübarək əlini başıma çəkdi və buyurdu : "İnşallah yaxşı olarsan." Sonra əlini belimə və ayaqlarıma çəkdi və yuxu aləmində hiss elədim ki, rahat oldum. Bildim ki, o dörd nəfər – imam Əli (ə) , Həzrət Peyğəmbər (s) və Həzrət Fatimə (s), Həzrət Mə`sumə (s) da ağlayan haldadır. Ağadan hadisənin nə olduğunu soruşdum. İmam Zaman (ə) buyurdu: Həzrət Mə`sumə (s)-ın şikayəti var ki, onun hərəminə hörmətsizlik edirlər. Sonra imam mənə bir xurma verib buyurdu ki; "sabah oruc tutacaqsan" Yuxudan ayıldım. Gördüm ki əsalara daha ehtiyacım yoxdur. Sağalmışam və rahatam.

Sunday, January 01, 2006

kəramətlər

" Övlad sahibi olmaq üçün dua "

Bir nəfər deyir: On altı il idi ki, evlənmişdim. Amma övladım olmurdu. Bütün həkimlərə müraciət elədim, dəva-dərman da olundu. Amma nəticə vermədi. Həkimlərin nəzərinə əsasən ər-arvad, hər ikimiz sağlamıq.Uşağın olmaması səbəbini isə bilmirdilər.
Xülasə, hər yerdən ümidsiz oldum. Həyatım da puç olurdu. Bir gün dostlarımdan biri mənə dedi: Həkimlərə az müraciət elə. İmam Zaman (ə)-ın yanına get və istəyini o Həzrət (ə)-dan tələb elə!
Cəmkəran məscidinə yollandım. Ürəyi sınıq halda namaz qıldıqdan sonra ağaya mütəvəssül oldum. Az keçmədi ki, o Həzrət (ə) bizə feyz və mərhəmət vasitəsi oldu. Allah bir oğul övladı mənə lütf elədi. Şükür Allaha sağlam və salamatdır. Çox sevinirəm ki, həyatım dağılıb puç olmadı .
Diger bir şexsin şəfası
Beş yaşlı uşağın atası deyir: Avtomobil qəzası nəticəsində oğlum başdan-ayağa ağır yaralanmışdı. Üç il Firuzgər adlı xəstəxanada və Tehranın Həzrət xanım Fatimə (s) adına olan xəstəxanasında müalicə olunurdu. Baş nahiyyəsinin müalicəsindən sonra həkimlər öz nəzərlərini mənə belə söylədilər: 60% naqislik və çatışmamazlıq vardır. 30 % zədələrdə yaranan mikrob xəstəliyi ehtimal olunur. Bu xəstəlik başın zərər çəkmiş yerlərində əmələ gəlmişdir. 10% yol getməkdə çətinliyi vardır. 20% övladımın ağlı aradan getmişdir. Daha həkimlərə müraciət etməyin. Çünki faydası yoxdur.
Mən də Allaha və pak olan Əimmə (ə)-lara mütəvəssil oldum. Oğlumun halı yaxşı olan vaxtlarda hər üçüncü və cumə günləri birlikdə ziyarətə gəlirdik. Onu dördüncü gün sakitlik olan vaxtda müqəddəs Cəmkəran məscidinə ziyarətə gətirdim. Bəlkə Allahın və imam Zaman (ə) ağanın lütfü və diqqəti oğlumun da bu xəstəliyinə şəfa verə.
Şam yeməyi yemədən məscidə, minbərin yan tərəfinə əyləşməyə getdik. Mən namaz qılmaqla məşğul idim. Saat 10.00-da bir nəfər Şəhristanlı bizə yemək gətirib yanımıza qoydu və getdi. 10.40-da məscidə bir qrup hey`ət gəldi. Onlar oğlumun başı üzərində dua oxumağa başladılar. Təqribən 15 dəqiqə dua oxudular. Bir də gördüm ki, oğlum Mehdi yerindən atılıb məni qucaqladı və dedi: Ata, mən sağaldım.
Orada olan cəmiyyət mənə - Şükür olsun Allaha övladınız sağaldı və şəfa tapdı sözləri ilə göz aydınlığı verdilər. Sonra, məndən onları dua eləməklərini istədilər.

" Müharibə əlilinin ş"əfası
Bir cavan deyir: Səkkiz il ön cəbhədə Hacı İmranın dəstəsində qulluq edərkən, İraqlıların hava hücumuna mə`ruz qalmışdım. Bütün bədənim aldığım zəhərli güllə yaralarından iflic halına düşmüşdü. Bu müddət ərzində hərəkət etməyə qüdrətim yox idi. Gecə, anam evimə gəldi. Acı dil yarası ilə qəlbimi sındırdı. Mən imam Zaman (ə)-a mütəvəssil oldum və dedim: " Ya, imam Zaman (ə) mənim ya ölümümü tez yetir, ya da Allahdan mənə şəfa istə! "
Yuxuya getdim. Yuxuda ağam imam Zaman (ə)-ı gördüm.Buyurdu :" Mən öz əlimlə məscid tikmişəm gəl orada mütəvəssil ol "
Yuxu aləmində Cəmkəran məscidi fikrimdə idi. Sübh yuxudan oyanan kimi, fikrimdən döndüm. Dedim: Eybi yoxdu, gələn il Cəmkəran məscidinə gedərəm. Gecə saat 12.00-da evə qayidarkən gördüm ki, evim içindəki ləvazimatlarla birgə hamısı yanıb. Çox pis oldum, qəlbim sındı. Sübh dostlarımın birindən bir az borc pul götürüb həmin gün Cəmkəran məscidinə tərəf yola düşdüm. Otuz doqquz gün Cəmkəran məscidində qaldım. Xidmətçi işlədim ta qırxıncı gecə, üçüncü gün, Ramazan ayının on doqquzu oldu. Gecə xidmət elədiyim vaxt hiss elədim ki, çox yorğunam və yuxum gəlir. Ayaqqabı yığılan yerə girib, orada yatdım. Saat bir tamamda, gecə yarısından sonra yuxuda gördüm ki, Cəmkəran məscidinin həyətində zibilləri təmizləməklə məşğulam. Bir ağa yaxınlaşdı və buyurdu: "Ağa seyyid, təmizliklə məşğulsan? Gəl gedək məscidin içinə bir az birlikdə söhbət eləyək."
Ağa ilə birlikdə məscidə getdik. Müşahidə elədim ki, dörd nəfər başqaları da orada idilər. Onların yanında oturdum. Ağa buyurdu:"Ağa seyyid, elə bil xəstəliyin var? "Bəli ağa, cəbhədə yaralanmışam. Ağa mübarək əlini başıma çəkdi və buyurdu : "İnşallah yaxşı olarsan." Sonra əlini belimə və ayaqlarıma çəkdi və yuxu aləmində hiss elədim ki, rahat oldum. Bildim ki, o dörd nəfər – imam Əli (ə) , Həzrət Peyğəmbər (s) və Həzrət Fatimə (s), Həzrət Mə`sumə (s) da ağlayan haldadır. Ağadan hadisənin nə olduğunu soruşdum. İmam Zaman (ə) buyurdu: Həzrət Mə`sumə (s)-ın şikayəti var ki, onun hərəminə hörmətsizlik edirlər. Sonra imam mənə bir xurma verib buyurdu ki; "sabah oruc tutacaqsan" Yuxudan ayıldım. Gördüm ki əsalara daha ehtiyacım yoxdur. Sağalmışam və rahatam.

" Üç yaşlı qız uşağının şəfa tapması "

Səudiyyə Ərəbistanlı bir nəfər Cəmkaran məscidində belə nəql edir:
Biz sünni məzhəbindən idik. Bu məzhəb Həzrət Fatimə (s) və Həzrət Zeynəb (s) adını öz övladlarına qoymağı pis və bəyənilməyən iş kimi hesab edirlər. Əqidələri də budur ki, hər hansı bir uşaq bu adda olarsa, tezliklə öləcək.
Amma bir arvadım vardı. Adı da Fatimə idi. Birinci dəfə qız uşağı dünyaya gətirdi. Qohumlarım "Həfisə" adını qızım üçün seçdilər. Amma mən çox həddinə getmədim və övladımın adını da "Fatimə" qoydum.
Üç yaşından sonra Fatimə xəstələndi. Qızımı Həzrət Peyğəmbər (s)-ın mübarək qəbrinin kənarına gətirdim və ondan şəfaət istədim. Əlhəmdulillah şəfa tapdı. Peyğəmbər (s)-in qəbri kənarından qayıtdıqdan sonra qızım yatdı. Yuxusu çox çəkdi. Hər nə qədər çağırıb oyatdıqsa oyanmadı. Onu tez həkimə apardıq. Həkim: Uşaq ölübdür-dedi. Başqa həkimə müraciət elədim o da eyni sözü söylədi. Qızımı arvadım və qohumlarımla ah-vay edərək, ağlaya-ağlaya meyyit qüslu verilən yerə yuyulmağa apardıq. Neçə dəqiqə sonra gördüm qızım tərpənərək ayıldı və məndən su istədi. Onun üçün su gətirdim. Suyu içdi və sonra onu bağrıma basıb qucaqladım. Qızım mənə dedi: Ata, yuxuda gördüm ki, bir kişi mənim başıma sığal çəkərək dedi: Qalx, siz yaşayacaqsınız. Hələ ki ölməyəcəksiniz. Mən bir yer deyirəm, atana deki, şiəliyi qəbul eləsin və sünni məzhəbini tərk edin.
Bu məsələ mənim şiə olmağıma səbəb oldu. Sonra təşəkkür eləmək üçün İrana Qum şəhərinə gəldim. Müqəddəs Cəmkəran məscidinə gedib imam Zaman (ə)-a təşəkkür etdim.

" Xərçəng xəstəliyinin şəfası "

Bir ana deyir: Bir müddət əvvəl, mexanik işləyən oğlum Səidin qarnının altında xərçəng xəstəliyi əmələ gəlmişdi. İmam Xomeyni(rəh.) adına İmdad komitəsinə və Tehranın həkimlərinə müraciət elədikdən sonra, həkimin məsləhəti ilə qarın altında olan vəzini kəsib götürdülər və kimyəvi dərman vurdular. Amma cərrahiyyə əməlindən sonra nəticə vermədi. Oğlum həmişə narahatçılıq içində idi. Blucestanda olan evində gecə imam Zaman (ə)-a təvəssül elədim. Və oğluma ağadan şəfaət istədim. O halda gördüm bir ağa, əmmamə ilə və saqqalı ağ, surətində nur bizim evə girdi. Onun surətinin nuru çıraqların nurundan çox idi. Su istədilər,dəstəmaz aldılar və iki rükət namaz qıldılar. Sonra əlini yerə vurub iki damar götürdülər. Bir miqdar ovxaladılar. İki ədəd cəvahir və dürr surətinə gəldilər. Səidə nəzər salıb belə buyurdular: Səid inşallah sağalacaq.
Əlində nurlu bir əsa vardı. İstədim təşəkkür üçün ona pul verəm, qəbul eləmədilər, çıxıb getdilər. Onu sonra görmədim.
Səidi götürüb Cəmkəran məscidinə gətirdim. Çərşənbə gecəsi saat ikiyə beş dəqiqə işləmiş, gecə yarısından sonra namaza, duaya və ağaya təvəssül eləməklə məşğul idim. Birdən Səid gördü ki, bir nur ona tərəf gəlir. Əvvəlcə qorxdu, amma sonra yavaş-yavaş sakitləşdi, qorxu ondan getdi. Bir az keçdikdən sonra nur onu əhatə eləyir və onu bürüyür. Xərçəng xəstəliyinin yarasının yeri və tikiş yerindən əsər əlamət müşahidə olmadı.

Monday, November 21, 2005

İmam Mehdinin (ə) kəramətləri

Bismillahir Rəhmanir Rəhim
(baş vermiş həqiqətlər əsasinda)

Ön söz
Hər şeydən öncə bir alim şəxsin imam Zaman (ə)-la görüşməyində, zaman və məkanin tə"sirindən əlavə ruhi və mənəvi amillərin tə"sirinin də böyük rolu vardir. Belə şəxslərin gərək qəlb gözlərində olan pərdələr götürülsün və görmək qabiliyyətinə yiyələnsinlər.Öz məşuqunun gözəlliyinə ürəyini verən və ona nail olmaq arzusu ilə yaşayan şəxslər hər şeydən çox gərək günahlari tərk etməyi barədə düşьnsün, vacib və müstəhəb əməlləri yerinə yetirməyə əhəmiyyət versinlər. Çünki o həzrət (ə) buyurmuşdur:
فَما يَحْبِسُنا عَنْهُمْ إلا ما يَتَصِلُ بِنا مِما نكرهه ولا نؤثره منهم
Əgər Həzrət Mehdi (ə)-ın şiələrinin yьkdən ağir olan, xoşagəlməz gьnahlari və pis əməlləri olmasaydı bu ayriliq o qədər də uzun çəkməzdi. (Çünki o həzrət (ə) öz şiələrindən yaxşi əməllər gözləyir.)
Dedim:- O gözəl cəmalın niyə pьnhandir?
Dedi:- Özün hicabsan, yoxsa cəmalım əyandir!
Qisa baxışla "Qeybəte-kubra" zamanında imam Zaman (ə)-ın mьbarək xidmətinə nail olan və bu səadətə yetişən şəxslərin həyatina diqqət etsək, görərik ki, onlar Həzrət Mehdi (ə)-ın kəramət, möcüzə və xas mərhəmətindən bəhrələniblər Demək olar ki, insanı bu tofiqə nail edən amillərin ən coxu və ən mьhümmü həmin qəlbə diqqət etmək, əməllərdə diqqətin olunması və təqva qazanmaq, həmçinin Allahın цvliyalarına itaət və Allaha ibadət etmək kimi amillərdir. Cümə gecələri, Şəban və Rəcəb aylarının ortalari kimi xьsusi zamanların, o cьmlədən Məkkə, Mədinə, Səhlə və mьqəddəs Cəmkəran məscidi kimi xüsusi məkanların olmasi imam Zaman (ə)-la görüşməyə nail olmaq ьзьn ondan bəhrələnmək və istifadə eləmək gərək sadə və yьngul sayilmasin.
Şübhəsiz ki, öz ağasinin məhəbbəti yolunda aşiq olanlar nəfslərindən əl çəkmiş və цz ruhlarını, qəlblərini mə`nəviyyata bağlayıblar. Yaxud da azı məcburiyyət halina yetişiblər. Əgər Cümə gecəsi kimi münasib zamanın və mьqəddəs Cəmkəran məscidi kimi mьnasib məkanın bərəkətindən bəhrələnsələr, məqsəd və hədəflərinə heз bir mane olmadan tez yetişər və Həzrət Mehdi (ə)-ın feyz və diqqətindən, mərhəmətindən istifadə edərlər.
Cəmkəran məscidi kimi binası , Həzrət Mehdi (ə)-ın evi və onun qonaqları üçün mehmanxana olan halda, o Həzrətin hüzurundan istifadə etmək çox təbii bir haldır. Şübhəsiz, bu müqəddəs məscidin ziyarətçiləri, sınıq qəlblə, mə`rifət və ədəblə o Həzrət (ə)-a təvəssül edərək onun görüşьnə gəlsələr, belə səadətdən bəhrə aparar və Həzrət Mehdi (ə)-ın məxsus mərhəməti və diqqəti də onlara nisbət çoxalar.
Müqəddəs Cəmkəran məscidi – Qum şəhəri
Təhqiqat birosu / Şəban ayinin 15 – i .1415 h/q

" İflic xəstəliyinə tutulmuş körpə uşağin şəfası "
(1)
Ömrünün 20 ilini müqəddəs Cəmkəran məscidində xidmətçi işləyən , bu məscidin görkəmli hey`ətinin uzvlərindən biri olan " L " adli məscid xidmətçisi belə söyləyir:
1971-1972-ci illər idi. Dəqiq yadımda deyil. Cümə axşami mən həmişəki kimi məscidə getmişdim. Qədim İran məscidinin qarşısında, məscidin işçilərindən biri olan mərhum Hacı Əbul Qasim ağanın yanında oturmuşdum. O, balaca xüsusi dükanin içində qəbz verib, pul alırdı. Məğrib və İşa namazı qurtardı. Cəmiyyət az-cox gəlib gedirdilər. Həmin vaxtda bir xanım bizə yaxınlaşdı. O, təqribən 12-13 yaşda görünən qızının əlindən tutmuş və 9 yaşında da görünən oğlan uşağını qucağına almışdi. Oğlanın ayaqları iflic idi. Onlara diqqətlə baxdım və dedim: Buyurun, nəsə işiniz vardır?
Xanım salam verdi və mən də salamın cavabını aldım. Heç bir müqəddimə olmadan dedi:- Əgər imam Zaman (ə) uşağıma bu gecə şəfa versə, 5000 tümən pul nəzir verərəm. İndi istəyirəm hələlik 1000 tümən verəm!
Mən dedim: Xanım imtahan eləməyə gəlmisən?
Dedi: bəs mən nə edim?
Durmadan ona belə dedim: Nağdı müamilə elə. Qətiyyətlə deki, bu 5000 tümən pulu nəzir edir və övladıma şəfa istəyirəm!
Bir az fikirləşdikdən sonra dedi: - Çox yaxşı, qəbulumdur.
5000 tüməni verdi və qəbz alıb getdi. Bu söhbətdən 3-4 saat keçmişdi. Söhbəti mən həqiqətən unutmuşdum. Gecənin axırı idi. Gördüm bir xanım yaxınlaşdı. Amma bu dəfə o, oğlan uşağının və qızının əllərindən tutmuşdu. Əvvəlcə mənə elə gəldiki, qabaqcadan qız uşağini görmüşəm. Amma yadıma düşmədi. Xanım dayanmadan bizə dua eləməyə başladı.Hey deyirdi: Allah sizə uzun ömr versin, Haci ağa , Allah inşallah sizə tofiq versin ! Dedim: Nə olub xanım ? Dedi: Bu uşaq həmin uşaqdır ki gecənin əvvəlində sizin yanınıza gələndə qucağımda idi. Ayaqlarını göstərdi. Təmamilə sağalmışdı. İflic və zəiflikdən bir əsər əlamət də qalmamışdı. Xanım dedi: - Sizi Allaha and verirəm heç kəs başa düşməsin! Dedim: Xanım bucür hadisələrlə biz tez-tez üzləşirik.Xanım dedi: Gələn həftə inşallah atası ilə gələcəyik və bir qurbanlıq qoyun da gətirərik. Sağollaşdı və getdi. Növbəti həftə gəldilər və qurbanlıq qoyun da gətirmişdilər. Qoyunu kəsdilər və bizə də təşəkkür elədilər.Mən uşağin özünü gördüm və qucaqlayıb öpdüm. Bu həqiqəti özüm gördüm.

" Xərçəng xəstəliyinin şəfası "
(2)

Bir qoca kişi deyir: Mənim xəstəliyim sadə və yüngül bir soyuq dəymənin nəticəsində başladı. İyirmi beş gün ərzində o qədər halım pis oldu ki, Şəhid Mustafa Xomeyni adına xəstəxanada yatmaı oldum. Yemək yeməyə qüdrətim yox idi. Sistem və dəva dərman vasitəsi ilə məni yaşadırdılar.
Bir gün xəstəxanada, qohumlarımdan biri məni görməyə gəldi. O gedəndən sonra gördüm ki, bir Seyyid ağa bizim otağımıza daxil oldu. Otaqda üç çarpayi vardı. Seyyid ağa mənim çarpayimla üz-üzə dayandı və buyurdu: Niyə yatmısan? Dedim: Xəstəyəm, qabaqlar xəstələnməmişəm. Neçə müddətdir ki, belə olmuşam.
Ağa buyurdu: Sabah Cəmkarana gəl !
Sübh həkim gəldi ki, müayinə eləsin. Dedim: İstəmirəm. Məni müayinə eləməyin. Dedi: Buna görə məsuliyyət daşıyıram. Dedim: Məsuliyyəti özüm boynuma götürürəm. Əgər ölsəm, özüm məsuliyyət daşıyacam, mən düzəlmişəm. İmam Zaman (ə) mənə şəfa veribdir. Həkim güldü və dedi: imam Zaman (ə) quyudadır (əlbəttə pis qəsdi yox idi.Zarafata bu sözü dedi). Şəfqət bacisi sistem vurmaq istədi özüm qoymadım.Elə ki, uşaqlarım məni görməyə gəldilər dedim: Məni hamama aparın ta Cəmkəran məscidinə hazırlaşım. Hamama getdim. Qurbanlıq hazırladım. Baxmayaraq ki, neçə gün idi elə bil qarnımda bir daş parçası qalmışdı. Yeməyə də meylim yox idi. İştaham açılmışdı, daş da təmamilə aradan getmişdi. Əlbəttə, yemək yeməkdə hələ bir az çətinlik çəkirəm. Ümid edirəm ki, imam Zaman (ə) bunun da şəfasını verəcək. Sonra Cəmkərana getdim. Yolüstə başıma döyə-döyə imam Zaman (ə)-ı çağırırdım və onun mərhəmətinə görə ona təşəkkür edirdim.
" İflic xəstəliyinə şəfa və " FƏRƏC " duasına sifariş etmək "
(3)
İmam Hüseyn (ə)-ın aşurasindan bir gün əvvəl, müqəddəs Cəmkəran məscidinin həyətində gəzirdim. Məscid cox sakitçilik idi. Qəflətən bir kişini həyəcanlı halda məscidin xidmətçilərinə yaxınlaşaraq öpüb qucaqladığını gördüm. Elə ki, ona yaxınlaşdım məni də qucaqlayıb öpdü. Gözlərindən yaş axırdı. Nə olduğunu ondan soruşdum. Dedi: Neçə vaxt əvvəl, avtomobillə təsadüf nəticəsində iflic olmuşdum. Ayaqlarım işdən düşmüşdü. Yeriməyi bacarmırdım. Hər gecə Allaha və mə`sum imamlara təvəssül edirdim. Bu gün ailəmlə Cəmkəran məscidinə gəldik. Zöhrdən sonra xoş hal idim. İmam Zaman (ə)-a təvəssül eləmişdim. O Həzrətdən (ə) şəfa verməsini istədim. Yarım saat öncə, birdən gördüm ki, məscid qəribə şəkildə nurlanıb və gözəl ətirli olub. Ətrafa baxdım. Gördüm ağam Əmirəl mö`minin Əli (ə), imam Huseyn (ə), Qəməre Bəni Haşim Həzrət Əbul Fəzl (ə) və imam Zaman (ə) məsciddədirlər. Onları görcək özümü itirdim. Bilmədim nə eləyim. Birdən imam Zaman (ə) mənə tərəf baxdı və o Həzrət (ə)-in lütfü və diqqəti mənim halımı dəyişdi. Mənə buyurdu: "Siz düzəlmisiniz, gedin başqalarına deyin ki, zühurum üçün dua eləsinlər. Zühurum inşallah yaxındır. Bu gecə bu məkanda yaxşı və geniş əzadarlıq olacaq, biz də burada olacağıq."
Xidmətçi deyir: O kişi şəfa tapdı. Bir qızıl üzük idarənin hədiyyə şöbəsinə hədiyyə elədi və sevinərək getdi. Məsciddə sakitçilik idi. Gecənin axırı bir hey`ət, Təbrizdən Cəmkəran məscidinə gəldilər. Əzadarlıq və növhə oxumaqla məşğul oldular.Məclis çox gözəl və insanın mə`nəviyyatını oyadan bir məclis idi. Məclisə baxdıqca o kişinin söylədiklərini yadıma salırdım.