<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/platform.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d19164733\x26blogName\x3d.\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttps://kerametler-imammehdi.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://kerametler-imammehdi.blogspot.com/\x26vt\x3d63477990377893794', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

.

Monday, November 21, 2005

İmam Mehdinin (ə) kəramətləri


Bismillahir Rəhmanir Rəhim
(baş vermiş həqiqətlər əsasinda)

Ön söz
Hər şeydən öncə bir alim şəxsin imam Zaman (ə)-la görüşməyində, zaman və məkanin tə"sirindən əlavə ruhi və mənəvi amillərin tə"sirinin də böyük rolu vardir. Belə şəxslərin gərək qəlb gözlərində olan pərdələr götürülsün və görmək qabiliyyətinə yiyələnsinlər.Öz məşuqunun gözəlliyinə ürəyini verən və ona nail olmaq arzusu ilə yaşayan şəxslər hər şeydən çox gərək günahlari tərk etməyi barədə düşьnsün, vacib və müstəhəb əməlləri yerinə yetirməyə əhəmiyyət versinlər. Çünki o həzrət (ə) buyurmuşdur:
فَما يَحْبِسُنا عَنْهُمْ إلا ما يَتَصِلُ بِنا مِما نكرهه ولا نؤثره منهم
Əgər Həzrət Mehdi (ə)-ın şiələrinin yьkdən ağir olan, xoşagəlməz gьnahlari və pis əməlləri olmasaydı bu ayriliq o qədər də uzun çəkməzdi. (Çünki o həzrət (ə) öz şiələrindən yaxşi əməllər gözləyir.)
Dedim:- O gözəl cəmalın niyə pьnhandir?
Dedi:- Özün hicabsan, yoxsa cəmalım əyandir!
Qisa baxışla "Qeybəte-kubra" zamanında imam Zaman (ə)-ın mьbarək xidmətinə nail olan və bu səadətə yetişən şəxslərin həyatina diqqət etsək, görərik ki, onlar Həzrət Mehdi (ə)-ın kəramət, möcüzə və xas mərhəmətindən bəhrələniblər Demək olar ki, insanı bu tofiqə nail edən amillərin ən coxu və ən mьhümmü həmin qəlbə diqqət etmək, əməllərdə diqqətin olunması və təqva qazanmaq, həmçinin Allahın цvliyalarına itaət və Allaha ibadət etmək kimi amillərdir. Cümə gecələri, Şəban və Rəcəb aylarının ortalari kimi xьsusi zamanların, o cьmlədən Məkkə, Mədinə, Səhlə və mьqəddəs Cəmkəran məscidi kimi xüsusi məkanların olmasi imam Zaman (ə)-la görüşməyə nail olmaq ьзьn ondan bəhrələnmək və istifadə eləmək gərək sadə və yьngul sayilmasin.
Şübhəsiz ki, öz ağasinin məhəbbəti yolunda aşiq olanlar nəfslərindən əl çəkmiş və цz ruhlarını, qəlblərini mə`nəviyyata bağlayıblar. Yaxud da azı məcburiyyət halina yetişiblər. Əgər Cümə gecəsi kimi münasib zamanın və mьqəddəs Cəmkəran məscidi kimi mьnasib məkanın bərəkətindən bəhrələnsələr, məqsəd və hədəflərinə heз bir mane olmadan tez yetişər və Həzrət Mehdi (ə)-ın feyz və diqqətindən, mərhəmətindən istifadə edərlər.
Cəmkəran məscidi kimi binası , Həzrət Mehdi (ə)-ın evi və onun qonaqları üçün mehmanxana olan halda, o Həzrətin hüzurundan istifadə etmək çox təbii bir haldır. Şübhəsiz, bu müqəddəs məscidin ziyarətçiləri, sınıq qəlblə, mə`rifət və ədəblə o Həzrət (ə)-a təvəssül edərək onun görüşьnə gəlsələr, belə səadətdən bəhrə aparar və Həzrət Mehdi (ə)-ın məxsus mərhəməti və diqqəti də onlara nisbət çoxalar.
Müqəddəs Cəmkəran məscidi – Qum şəhəri
Təhqiqat birosu / Şəban ayinin 15 – i .1415 h/q

" İflic xəstəliyinə tutulmuş körpə uşağin şəfası "
(1)
Ömrünün 20 ilini müqəddəs Cəmkəran məscidində xidmətçi işləyən , bu məscidin görkəmli hey`ətinin uzvlərindən biri olan " L " adli məscid xidmətçisi belə söyləyir:
1971-1972-ci illər idi. Dəqiq yadımda deyil. Cümə axşami mən həmişəki kimi məscidə getmişdim. Qədim İran məscidinin qarşısında, məscidin işçilərindən biri olan mərhum Hacı Əbul Qasim ağanın yanında oturmuşdum. O, balaca xüsusi dükanin içində qəbz verib, pul alırdı. Məğrib və İşa namazı qurtardı. Cəmiyyət az-cox gəlib gedirdilər. Həmin vaxtda bir xanım bizə yaxınlaşdı. O, təqribən 12-13 yaşda görünən qızının əlindən tutmuş və 9 yaşında da görünən oğlan uşağını qucağına almışdi. Oğlanın ayaqları iflic idi. Onlara diqqətlə baxdım və dedim: Buyurun, nəsə işiniz vardır?
Xanım salam verdi və mən də salamın cavabını aldım. Heç bir müqəddimə olmadan dedi:- Əgər imam Zaman (ə) uşağıma bu gecə şəfa versə, 5000 tümən pul nəzir verərəm. İndi istəyirəm hələlik 1000 tümən verəm!
Mən dedim: Xanım imtahan eləməyə gəlmisən?
Dedi: bəs mən nə edim?
Durmadan ona belə dedim: Nağdı müamilə elə. Qətiyyətlə deki, bu 5000 tümən pulu nəzir edir və övladıma şəfa istəyirəm!
Bir az fikirləşdikdən sonra dedi: - Çox yaxşı, qəbulumdur.
5000 tüməni verdi və qəbz alıb getdi. Bu söhbətdən 3-4 saat keçmişdi. Söhbəti mən həqiqətən unutmuşdum. Gecənin axırı idi. Gördüm bir xanım yaxınlaşdı. Amma bu dəfə o, oğlan uşağının və qızının əllərindən tutmuşdu. Əvvəlcə mənə elə gəldiki, qabaqcadan qız uşağini görmüşəm. Amma yadıma düşmədi. Xanım dayanmadan bizə dua eləməyə başladı.Hey deyirdi: Allah sizə uzun ömr versin, Haci ağa , Allah inşallah sizə tofiq versin ! Dedim: Nə olub xanım ? Dedi: Bu uşaq həmin uşaqdır ki gecənin əvvəlində sizin yanınıza gələndə qucağımda idi. Ayaqlarını göstərdi. Təmamilə sağalmışdı. İflic və zəiflikdən bir əsər əlamət də qalmamışdı. Xanım dedi: - Sizi Allaha and verirəm heç kəs başa düşməsin! Dedim: Xanım bucür hadisələrlə biz tez-tez üzləşirik.Xanım dedi: Gələn həftə inşallah atası ilə gələcəyik və bir qurbanlıq qoyun da gətirərik. Sağollaşdı və getdi. Növbəti həftə gəldilər və qurbanlıq qoyun da gətirmişdilər. Qoyunu kəsdilər və bizə də təşəkkür elədilər.Mən uşağin özünü gördüm və qucaqlayıb öpdüm. Bu həqiqəti özüm gördüm.

" Xərçəng xəstəliyinin şəfası "
(2)

Bir qoca kişi deyir: Mənim xəstəliyim sadə və yüngül bir soyuq dəymənin nəticəsində başladı. İyirmi beş gün ərzində o qədər halım pis oldu ki, Şəhid Mustafa Xomeyni adına xəstəxanada yatmaı oldum. Yemək yeməyə qüdrətim yox idi. Sistem və dəva dərman vasitəsi ilə məni yaşadırdılar.
Bir gün xəstəxanada, qohumlarımdan biri məni görməyə gəldi. O gedəndən sonra gördüm ki, bir Seyyid ağa bizim otağımıza daxil oldu. Otaqda üç çarpayi vardı. Seyyid ağa mənim çarpayimla üz-üzə dayandı və buyurdu: Niyə yatmısan? Dedim: Xəstəyəm, qabaqlar xəstələnməmişəm. Neçə müddətdir ki, belə olmuşam.
Ağa buyurdu: Sabah Cəmkarana gəl !
Sübh həkim gəldi ki, müayinə eləsin. Dedim: İstəmirəm. Məni müayinə eləməyin. Dedi: Buna görə məsuliyyət daşıyıram. Dedim: Məsuliyyəti özüm boynuma götürürəm. Əgər ölsəm, özüm məsuliyyət daşıyacam, mən düzəlmişəm. İmam Zaman (ə) mənə şəfa veribdir. Həkim güldü və dedi: imam Zaman (ə) quyudadır (əlbəttə pis qəsdi yox idi.Zarafata bu sözü dedi). Şəfqət bacisi sistem vurmaq istədi özüm qoymadım.Elə ki, uşaqlarım məni görməyə gəldilər dedim: Məni hamama aparın ta Cəmkəran məscidinə hazırlaşım. Hamama getdim. Qurbanlıq hazırladım. Baxmayaraq ki, neçə gün idi elə bil qarnımda bir daş parçası qalmışdı. Yeməyə də meylim yox idi. İştaham açılmışdı, daş da təmamilə aradan getmişdi. Əlbəttə, yemək yeməkdə hələ bir az çətinlik çəkirəm. Ümid edirəm ki, imam Zaman (ə) bunun da şəfasını verəcək. Sonra Cəmkərana getdim. Yolüstə başıma döyə-döyə imam Zaman (ə)-ı çağırırdım və onun mərhəmətinə görə ona təşəkkür edirdim.
" İflic xəstəliyinə şəfa və " FƏRƏC " duasına sifariş etmək "
(3)
İmam Hüseyn (ə)-ın aşurasindan bir gün əvvəl, müqəddəs Cəmkəran məscidinin həyətində gəzirdim. Məscid cox sakitçilik idi. Qəflətən bir kişini həyəcanlı halda məscidin xidmətçilərinə yaxınlaşaraq öpüb qucaqladığını gördüm. Elə ki, ona yaxınlaşdım məni də qucaqlayıb öpdü. Gözlərindən yaş axırdı. Nə olduğunu ondan soruşdum. Dedi: Neçə vaxt əvvəl, avtomobillə təsadüf nəticəsində iflic olmuşdum. Ayaqlarım işdən düşmüşdü. Yeriməyi bacarmırdım. Hər gecə Allaha və mə`sum imamlara təvəssül edirdim. Bu gün ailəmlə Cəmkəran məscidinə gəldik. Zöhrdən sonra xoş hal idim. İmam Zaman (ə)-a təvəssül eləmişdim. O Həzrətdən (ə) şəfa verməsini istədim. Yarım saat öncə, birdən gördüm ki, məscid qəribə şəkildə nurlanıb və gözəl ətirli olub. Ətrafa baxdım. Gördüm ağam Əmirəl mö`minin Əli (ə), imam Huseyn (ə), Qəməre Bəni Haşim Həzrət Əbul Fəzl (ə) və imam Zaman (ə) məsciddədirlər. Onları görcək özümü itirdim. Bilmədim nə eləyim. Birdən imam Zaman (ə) mənə tərəf baxdı və o Həzrət (ə)-in lütfü və diqqəti mənim halımı dəyişdi. Mənə buyurdu: "Siz düzəlmisiniz, gedin başqalarına deyin ki, zühurum üçün dua eləsinlər. Zühurum inşallah yaxındır. Bu gecə bu məkanda yaxşı və geniş əzadarlıq olacaq, biz də burada olacağıq."
Xidmətçi deyir: O kişi şəfa tapdı. Bir qızıl üzük idarənin hədiyyə şöbəsinə hədiyyə elədi və sevinərək getdi. Məsciddə sakitçilik idi. Gecənin axırı bir hey`ət, Təbrizdən Cəmkəran məscidinə gəldilər. Əzadarlıq və növhə oxumaqla məşğul oldular.Məclis çox gözəl və insanın mə`nəviyyatını oyadan bir məclis idi. Məclisə baxdıqca o kişinin söylədiklərini yadıma salırdım.

0 Şərh var:

:
:
:

<< Ana səhifə